Aqlomerasiya regionu

37,8 milyon əhalisi ilə Tokio dünyanın ən böyük aqlomerasiya regionu hesab olunur.

Aqlomerasiya regionu — böyük əhalisi olan şəhərlərin iqtisadi, sosial və siyasi cəhətdən təsirli olduğu ərazilərdir. Aqlomerasiya regionu ümumiyyətlə bir paytaxt ərazisindən və digər şəhərlərdən, şəhərətrafı zonalardan və ətrafındakı yerlərdən ibarətdir. Aqlomerasiya regionlarının ümumi bir tərifi və ya sərhədləri yoxdur, ancaq ölkədən ölkəyə dəyişir. Sosial, iqtisadi və siyasi qurumlar dəyişdikcə, aqlomerasiya regionları mühüm iqtisadi və siyasi regionlara çevrilmişdir.


Developed by StudentB